Qayıt gəl ...Bir gecə yarısı gəl döy qapımı , Sevginə möhtacam , sənə möhtacam. Bir payız səhəri qayıt geriyə , Sənsiz bir dənizdə boğuluram mən . Gecələr çox uzun , çox tənha sənsiz , Gündüzlər çəkilməz yenədə sənsiz . Aylar , illər , qərinələr keçdi bax ... Yenədə sənsizəm , sənsizəm , sənsiz . Qaranlıq meşədə bataqlıqdayam , Qayıt gəl əl uzat puç olmayım mən . Zülmət bir gecədə yox olmaqdayam, Qayıt gəl əl uzat yox olmayım mən . Yenə doğ gecəmə yanar günəş tək , Aydınlat sənsizlik çökmüş gecəmi . Qayıt gəl həmdəm ol yenədə mənə, Bu sənsiz qəlbimə , sənsiz ömrümə..., Qayıt gəl bir daha getməmək üzrə . |