6
Yorum
1
Beğeni
5,0
Puan
1721
Okunma

Məni rəqsə dəvət et, ulduzların altında,
Məni rəqsə dəvət et , eşq nəğməsi çalanda.
Qoy toxunsun gözlərim gözlərinin rənginə
Əllərimsə əlinə qaçsın həmin dəqiqə….
Məni rəqsə dəvət et, qollarına al məni
Sevginin atəşiylə isti-isti sar məni.
Gecənin dərin hüznü , ayınsa solğun üzü,
Qoy qısqansın bu dəyqə bizi keçən ömürdə.
Məni rəqsə dəvət et … Son dəfə mənə həsr et,
Bu gecənin səsini , gələn soyuq fəsili…
Bəlkə sondu bu gecə, elə sonuncu rəqsdir?.
Bəlkədə bu səninlə canlanan bir fəsildir.
5.0
100% (1)