Imam Sahib-əz ZamanSən sonuncu imamsan , Sən ümidsən, pənahsan, Sən ən gözəl kəlamsan , Sən Sahib-əz Zamansan. Dünyanı bürüyüb şeytan əməli, Ruhları əsarət alıb şər pəri . Qəlbləri sovurur həsəd yelləri, Sən gəl xilas eylə Mehdim bizləri. Bilirəmki gələnsən , Dünyanı fəth edənsən, Şeytanın şər yuvasın Darmadağın edənsən. Sən imamlar ağası , Sən Həsənin balası , Sən Peyğənbər ədası, Mehdim Muhəmmədin xeyir duası. Bugün dualarda sən yaşayırsan , Axı sən duanın ən saf halısan . Bugün qəlblərdə də inan sən varsan, Çünki sən ürəyin şah damarısan. Sən Mehdisən, Hadisən, Sən Xatəmsən, Qaimsən, Fərqi yoxdur sən kimsən Çünki sən saf mələksən . Kaş yetişəydi zühur zamanı Qəlblərin sevgiylə döyünən anı. Sahib-əz Zamanla görüş zamanı Allaha çatmaq üçün yalvarış anı. Allahın sən bəxşi, ən əziz qulu, Varlığın sən sonsuz, tükənməz nuru, Dünyanın xilası, pisliyin sonu, Xudam söylə çatsın onun zühuru. |