Sevgilim .....
Sevgilim .... Sən mənim üçün ünvansız bir liman, dayanacaqsan. Kimliyi bilinməz naməlum və məchul o şəxs...
Bilmirəm hardasan !? Bəlkə çox yaxında, ya uzaqdasan? Yad eldə - obada , ya da yoldasan. Nə zaman bilinməz görüş zamanı, Qəlblərin tükənməz o intizarı. Ya da qovuşmanın ilkin o anı. Səbirsiz bu qəlbim gözləməkdədir Həmin o ölümsüz ,sonsuz zamanı. Səni o tanrıdan diləməkdədir. Sanmaki bu qəlbim sevgi həvəskarıdır , Yadaki bir oğlan tamahkarıdır. Mənim bu könlüm yalnız təkliyinin düşmanıdır. O təkcə usanıb , yaman bezibdir yalqızlığından. O həm dünyadan , həmdəki yardan olubdur tənhalığının ucbatından.Tənhalıq sanki əl çəkmir məndən. Bölüşmək istəmir məni heç kimsə ilə. Bu səbəbdən də yar etməz məni heç kimə. O məni bağrına basıbdır yaman, sanki ayrılmarıq biz onla heç zaman. Bəzən düşünürəm mən dönə-dönə, Ağlımdan keçirsən sən birdən-birə. Haqsızlıqmı etdim mən sənə deyə, Bulanır fikirlər , həm düşüncələr . Nədəndir özümdə bilmirəm hələ , Səni unutsam belə, sevirəm yenə . Görəsən məlhəmim varmıdır deyə , Ümidim sənədir təbibim mənim . İstər öldür məni, istərsən güldür, İstərsən qəlbim də sənin mülkündür. Gözümün gördüyü nursa gücündür, Ruhumda , beynimdə sənin yükündür. by Nermin Halil |