Dünya Özü Bir Zindandır
Dünya özü bir zindandır,
Sıxır bizi havasında. Məngənədə əymək üçün, Yumşaldır öz sobasında. Mindiribdir arabaya, Diyirlədir təkər üstə. Ədalətsiz bir dünyanın, Əsiriyik dar qəfəsdə. Nizamdan düşüb sükanı, Ləngərlənir ora-bura. Bu dünyanın insanları, Yaranışdan düşüb tora. Bilirikmi insan oğlu, Nə vaxt azad olacaqdır? Zaman-zaman kamilləşib, Öz haqqını alacaqdır? |