Gözünün Yaşını Silen Az Oldu
Hər zaman boşaldı, doldu bu dünya,
Dərdini anlayıb bilən az oldu. Adəmdən bu günə qanlı yaş tökdü, Gözünün yaşını silən az oldu. Bilmədik nə üçün ağladı dünya, Nə qədər qapılar bağladı dünya, Ürəklər, sinələr dağladı dünya, Hoyuna-dadına gələn az oldu. Çox sirlər çözülüb aşikar oldu, Çoxu açılmadı qapalı qaldı, Dünya təlimlərlə, din ilə doldu, Əqidə yolunda ölən az oldu. Biri xaç götürdü dua eylədi, Biri də Allaha kərim söylədi, Biri də Buddadan imdad dilədi, Dünyanın qeydinə qalan az oldu. Haqqın dərgahına çatmadı dünya, Ədalət yoluyla getmədi dünya, Rahatca uyuyub yatmadı dünya, Ağlayan hesabsız, gülən az oldu. Tikildi, quruldu, gah talan oldu, Cənnəti, behişti ağ yalan oldu, Bu düna boşaldı, hey dolan oldu, Dünyadan dərsini alan az oldu. Bəzən ağ, ya qara göründü dünya, Diz üstə qoydular, süründü dünya, Cəbhədən-cəbhəyə bölündü dünya, Şair düşünmə ki, talan az oldu. Coculu dünyanı qanır da gedir, Yaxşını, yamanı tanır da gedir, Tutulub atəşə, yanır da gedir, Həmdəmi, həmkarı olan az oldu. |
daim ol