YAZANLAR ARTIB
YAZANLAR ARTIB
Bu gün siyasətdən, dindən-imandan, Fürsəti verməyib yazanlar artıb. Məkanın, zamanın fəlsəfəsini, Mücərrəd düşünüb yozanlar artıb. İnsan taleyini axtarıb göydə, Min illər keçsədə görməyib fayda, Məntiqə söykənir hər qanun, qayda, Çıxıb öz yolundan azanlar artıb. Dünyaya beş günlük, fani deyənlər, Insanın ömrünə ani deyənlər, Zamana bir cəllad, cani deyənlər, Həyat nizamını pozanlar artıb. Dünyanın vəhdəti varlığındadır, Duymamaq idrakın darlığındadır, Görməmək şairin korluğundadır, Dünyanın qəbrini qazanlar artıb. Sufi öz yoluna şəriət dedi, Yaydığı təlimə təriqət dedi, İnsanın özünə həqiqət dedi, Mərifət elmini üzənlər artıb. Həllacın adını kafir qoydular, Nəsimini diri-diri soydular, Hürufilik təlimini yaydılar, Dərviş libasında gəzənlər artıb. Dünyaya düz gözlə baxa bilmirik, Vəhdəti-vücuddan çıxa bilmirik, Hələ xurafatı yıxa bilmirik, Coculu, idraksız ozanlar artıb. |