Karabağdan Haber Gelir
Bizde bele bir masal var. “ Arkalı köpek kurd basar”
Ermenilerin arkasında dayanıb bizi şu hale getirdiler. QARABAĞDAN XƏBƏR GƏLİR Qarabağda atışma var, Atəşkəsi pozubdular. Qan axıdan silahları, Sərhəd boyu düzübdülər. Sinə gərib düşmənlərə, Bir əsgər də yaralanıb. Nə günahı bu torpağın? Zaman-zaman paralanıb. Qarabağdan xəbər gəlir, Bir əsgər də şəhid olub. Anaların, bacıların, Gözü qanlı yaşla dolub. Daha bəsdir ağlamağı, Sızlamağı unut anam. İgid-igid oğlanlar doğ, Düşmənə verməsin aman. Qalx ayağa! Azərbaycan!.. Yeriyək düşmən üstünə. Qəsdimizə duranların, Biz də dayanaq qəsdinə. Dalğalansın bayrağımız!, Doğma yurdum Qarabağda. Yurdumuza, hakim olaq, Həm aranda, həmi dağda |
daim ol