Bilge sözler şeker kamışına benzer; ne kadar emsen de tadı tükenmez. (afrika atasözü)
Terane Turan Rehimli
Terane Turan Rehimli

Yeni

Yorum

Yeni

( 1 kişi )

1

Yorum

3

Beğeni

5,0

Puan

146

Okunma

Yeni

Yeni

Təranə Turan RƏHİMLİ -- YENİ ŞEİRLƏR

MƏNİM BU ŞƏHƏRƏ YAZIĞIM GƏLİR

Yel sovurub bağçasını, bağını,
Duman sarıb zirvəsini, dağını,
Saçları dolaşıq, fikri dağınıq,
Mənim bu şəhərə yazığım gəlir.

Bənizində xəstə solğunluğu var,
Dənizində matəm durğunluğu var.
Üzündə min ilin yorğunluğu var,
Mənim bu şəhərə yazığım gəlir.

İçində danışır, səsi inləyir,
Tufanları sükutuyla dinləyir,
Hər gün bir az aramız sərinləyir,
Mənim bu şəhərə yazığım gəlir.

Meşənin tüstüsü gözünə dolub,
Yol ötən əlində baltayla dalıb.
Zeytun ağacları şil-şikəst qalıb,
Mənim bu şəhərə yazığım gəlir.

Üstündə tarixin hisi-pasıyla,
Əynindən tökülən yad libasıyla,
Saxta parıltısı, zərzibasıyla
Mənim bu şəhərə yazığım gəlir.

Can çəkişir boğuşduqca zamanla,
Burulğana düşüb, tutub samandan,
Cavan dindən uzaq, qoca imandan,
Mənim bu şəhərə yazığım gəlir.

Özgəyə ağlayıb gözündən olub,
Əyriyə güvənib düzündən olub,
Hamıya bənzəyib özündən olub,
Mənim bu şəhərə yazığım gəlir.


HƏR TƏRƏFDƏ SOYUQ İNSAN

Adamlar necə gözəldi,
Keçib uzaqdan baxanda.
Vaxtında öyrətmədilər,
Baxma kimsəyə yaxından.

Demədilər tikanı var,
Qızılgül əli qanadır.
Qana qəltan olub bildik
Xeyirlə şər yanyanadır.

Aldandıq bir təbəssümə
Dönə-dönə, uşaq kimi.
Ot, çiçək basmış quyuya
Gəlib düşdük tuzaq kimi.

Nə çeşmə var, nə su səsi,
İlğıma inanıb getdik.
Haqqa gedən yol uzandı,
O bitməyən yolda bitdik.

Gendən mələk görünənin
Əridi işıq haləsi.
Açıq qapı uçurumdu,
Yaxşılıq minnət tələsi.

Ömrün zirvəsindən baxsan,
Tale ovuc içi kimi.
Dalğaya qapılıb gedir
Yolunu itirən gəmi.

Hər tərəfdə soyuq insan,
Sevincin içinə sinməz.
Günəşə büküb bələsən
Bu dünya yenə isinməz.

DAŞ ÜSTÜNDƏ BİTƏN ÇİÇƏK

Daş üstündə bitən çiçək,
Qayada dəydin gözümə.
Mehdən xəfif, dağdan ağır,
Bənzətdim səni özümə.

Elə vaxt çıxdın qarşıma,
Ümidlərin solan vaxtı.
Ürəyimə qalaq-qalaq
Dərdin-qəmin dolan vaxtı.

Səni görüb xatırladım
Çoxdan unutduğum gücü,
Ömrün bitməz savaşında
Qiyamətə qalan öcü.

Daş üstündə bitən çiçək,
Necə göyərdin bilirəm.
Daş dili öyrətdi fələk,
Mən də o daşdan gəlirəm.

Bilsən nələr, nələr görüb
O çatladıb çıxdığın daş.
Nə gözlə baxıb dünyaya
O daş kimi baxdığın daş...

Səni göylər çəkir yaman,
Don vurub dolu döyəcək.
Arada bir yuxarı bax,
Baışın buluda dəyəcək.

Daş üstündə bitən çiçək,
Uzun yolu kəsə gəldin.
Hansı səs oyatdı səni,
Ömrü birnəfəsə gəldin?!

Daşdan çıxıb qışa düşdün,
Sevgi yağdır, basdır qarı.
Minillik daşın köksünü
Yarmağına dəysin barı,
Daş üstündə bitən çiçək

MƏNİ BÖYÜDƏN EV, BÖYÜTDÜYÜM EV

Nə qədər böyükdü bir zaman bu ev,
İçində nə boyda dünyamız vardı.
Doluydu hər yeri doğmalarımla,
Bu evə, eyvana kimlər sığardı?

İndi illər ötüb, yenə həmin ev,
İçində kim bilir nələr yaşanıb.
O meydan otaqlar necə kiçilib,
Tavan necə çöküb, divar yaşlanlb.

Bircə qarış kimi gəldi gözümə
Gəzməklə bitməyən o böyük həyət.
Hanı bu bağçanın meyvəsi, barı,
Necə firavandı o zaman həyat.

Bahara açılan pəncərəmizdə
Qış tufan qoparıb, payız ağlayıb.
Ətirşah ətrinə həsrət eyvanın
Əyilmiş damı da mamır bağlayıb.

Mənmi böyütmüşdüm onu gözümdə,
Omu məni elə ovsunlamışdı,
Bir vaxtlar bu evin bənzəri yoxdu,
Qar, yağış döydükcə yosunlamışdı.

Ağaclar yetim tək boynunu büküb,
Tənəksiz çardağın rəngi qaralıb,
Hasara dayalı taxta nərdivan
Küləyin yıxdığı yerdəcə qalıb.

Saraydı elə bil, daxmaya dönüb,
Qocalıb kiçilən keçmişin izi...
İçində böyüyən vaxt bilməmişik,
Sən demə bu evi böyüdən bizik.






Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Yeni Şiirine Yorum Yap
Okuduğunuz Yeni şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Yeni şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
yön
yön, @yon
19.1.2026 23:39:52
5 puan verdi
Yüreğine kalemine sağlık yazan ellerin dert görmesın sayglar hayirli aksamlar esen kalın
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL