NİLAVRONİLL SHOOVRO. TƏQSİRKARLAR.
NİLAVRO NİLL SHOOVRO - Çağdaş hind şairi.
TƏQSİRKARLAR Bu da mənəm, sonuncu sağ qalan adam, Kimsənin təsəlli vermədiyi, dərdini paylaşmadığı, Holokosta qarşı dayanan tək avam. Sonuncu güllədən bəri sel kimi yağış yağır, Yəqin insan günahlarını yumaqçun, Ölənlərin bircə damla qanı yerdə qalmamaqçun. Keçmiş üzündən bir xəcalət hissi, Nəsillərin yerinə günahkarlıq duyğusu, Müharibədən və sülhdən xilas olmaq arzusu... Budur, yalnız özümləyəm, Tək və tənha, utanıram özümdən,. Yer üzünü fəth edən sonuncu insan olmaqdan! 24 oktyabr, 2018-ci il. Azərbaucan dilinə tərcümə edən: Təranə Turan Rəhimli Orijinal: The Trespassers NilavroNill Shoovro Here I am, the last man survived Nobody left to console, none to share the pain The only fool to withstand the holocaust It is raining since the last bullet fired Perhaps to wash out human sins Till a single drop of dead blood remains Feeling ashamed of all the memories Feeling guilty of human legacy Feeling relieved from war and peace Here I am, with myself only Alone and lonely and ashamed of myself Being the last Human species trespassing the earth! 24th October’ 2018 The Trespassers NilavroNill Shoovro |