0
Yorum
6
Beğeni
5,0
Puan
73
Okunma
Allah yetirb şahlığı izzətdə mənimdir,
Qüvvətdə mənimdir.
Heç bir yerə göz dikmə vilayət də mənimdir.
Dövlət də mənimdir.
Bir xanədanam səltənətin şahı mənəm, mən.
Allahı mənəm, mən.
Yerdən göyə nə varsa xilafətdə mənimdir,
Xilqətdə mənimdir.
Qurdun yemi olmuş quzu xalqın səsi çıxmaz.
Heç kim məni yıxmaz!
Yoxdursa qüsur şahə itaətdə, mənimdir.
Millət də mənimdir.
Millət dediyin bir sürü heyvan kimi şeydi.
Qurban kimi şeydi.
Aydan aya sağ çıxsa əsarətdə, mənimdir,
Zillətdə mənimdir
Bir parça çörək tapdısa Allahına şükran.
Gündüz, gecə, hər an.
Ömrün başa vursun bu ətalətdə, mənimdir.
Surətdə, mənimdir.
Zənn eyləmirəm heç eləsin kimsə şikayət.
Kimdən kimə niyyət?!
Qulluq eliyən şö’bə, rəyasət də mənimdir.
Xidmət də mənimdir.
Ancaq oxuyub, boş dayanıb baxma kənardan.
Fəhm eylə Anardan.
Öyrən nədi mövzu bu əlamətdə, mənimdir.
Hikmətdə mənimdir. mənimdir.
Müəllif: Anar Əhəd
5.0
100% (3)