Hansı yaramı səpim, sənin duzuna gölümel obasızı aldım, mərhəmətli elimə yaman günümdə umdum, bir əl atsın əlimə endirdi bıçağını, iltifat biləyimə ahım da çara qılmır, sinəmdəki dərdimə sən də bel bağlama heç, axan yaşına gözüm səs oldu mənim elim, səssiz qonaq səsinə inandı söhbətinə, yalan dolu sözünə yad oldu anasının, bal kimi nəğmesinə qurban edildi dilim, qəribənin dilinə könüldən axmır artıq, dodaqlarıma sözüm qaranlığı çağırdım, yurdumun çırağına gecəsini yol verdim, bostanına bağına gözüm yumuldu yurdun, talanan toprağına susuz qalan gölünə, quru dil-dodağına ürəyimdə yüksələn, hansı dağıma dözüm? yerə yıxılmış eləm, yad əlinə baxıram yolu itirmiş çayam, özgə dənizə axıram sıçrayan bir alovam, öz meşəmi yaxıram özgənin baltasını, öz gövdəme sapıram hansı yanan ağacın, sınıq qolunu öpüm? könlümdə dolu bulud, ıldırm olub çaxsın qoy quruyan göllərə, ürəyimdən qan axsın qoy hasrətlə dönüb, köçəri quşa baxsın quşa lay lay oxusun, gölə səssiz danışsın hansı yaramı səpim, sənin duzuna gölüm? |