Ola bilsin
OLA BİLSİN
Bir sevgi istərəm müqəddəs,təmiz, Qəlbin özəyinə həkk ola bilsin. Ömrün yollarında salır,salsın iz, Nə şübhə,nə ona şəkk ola bilsin. ** Yaşasın ağ üzlə,qara üzlə yox, Səs salsın eşqiylə,solğun izlə yox, Tərifi dil deyən bircə sözlə yox, Həm də ilk baxışla dərk ola bilsin. ** "Biz"desin,olmasın"mənəm-mənəmi", Bıçaqsız,xəncərsiz yarsın sinəmi, O qədər vüsala versin önəmi, Həsrət dirəşmədən tərk ola bilsin. ** Tamam xali olsun qınaq yükündən, Vəfanı götürsün Məcnun kökündən, Qəlbi yumşaq olsun Qu nun tükündən Dözümü daşdan da bərk ola bilsin. ** Oyunu olmasın fələk oyunu, Ağ üzlə göstərsin elə soyunu, Elə böyütsün ki, ərkin boyunu, Məndə də bu eşqə ərk ola bilsin. Nazlı Hacılı. |