14
Yorum
43
Beğeni
4,9
Puan
1260
Okunma

SEVMƏDİ
Çoxu həsrətimi çəkib sovruldu
Mən sevdiyim insan məni sevmədi.
Çoxu aşiq oldu,yandı,qovruldu
Mən sevdiyim insan məni sevmədi.
Sevgi gözlərimdə çırağım oldu
Sədaqət,etibar sorağım oldu
Qürurum ən böyük yarağım oldu
Mən sevdiyim insan məni sevmədi.
Eyləyə bilmədim eşqimi izhar
Məni anlamadı o vəfasız yar
Sinəmi dağladı bunca ahu-zar
Mən sevdiyim insan məni sevmədi.
Xəyalı bir anlıq getməz gözümdən
Hüzün əskik olmur əsla üzümdən
Tərk edib taqətim getdi dizimdən
Mən sevdiyim insan məni sevmədi.
Doldu ürəyimə həsrət,intizar
Bu geniş dünyamız oldu mənə dar
Vədəsiz saçıma səpələndi qar
Mən sevdiyim insan məni sevmədi.
*
Döndü fəlakətə sevgimin sonu
Məhəbbət geyindi ayrılıq donu
Züleyxa eşqiylə sevsəm də onu
Mən sevdiyim insan məni sevmədi.
5.0
92% (23)
4.0
8% (2)