Yağmur olsam, yağsam üstüne, Türkiyem...
YAĞIŞ OLUB YAĞSAM ÜSTÜNƏ, TÜRKİYƏM...
Bulud olub ötə bilsəm ormanlarının üstündən, Leysan töküb gecə-gündüz söndürsəm bu yanğınları. Sənə qıyan xəbislərin gözü kor olsa tüstündən, Fələk belə götürməsə bunca namərd qırğınları... Torpağının hər qarışı bu qədər müqəddəs ikən 71 yerdən bağrına vurulan yara dözülməz. Biz burada kül oluruq sən orada od tutarkən, Qəlbi yanan qardaşına, de, hansı qardaş üzülməz?! O yanğında hər qırılan ümid nəfəsimi kəsdi, Sənə dağ çəkən yağının biryolluq ocağı sönsün! Yerin-göyün xəstə vaxtı meşələr yaşıl nəfəsdi, Türkiyəmə əl uzadan, nəfəsinə qıyan ölsün! Təranə Turan Rəhimli |
Selam olsun ata topraklarım
Seni gönülden kutlarım
Atar yürekler iki ülke bir MİLLET