Sehidim, sabahım sana borçludur
Təranə Turan Rəhimli
Şəhidim, sabahım sənə borcludur Torpaq üstündəki firavan həyat Torpaq altındakı cana borcludur. Aldığımız nəfəs, hər bəxtəvər səs Tökülən müqəddəs qana borcludur. Xarı bülbülümün ətrində odur, Salxım söyüdümün çətrində odur, Tariximin qızıl sətrində odur, Əsrlər ömrünü ona borcludur. Hər şəhid – zirvəsi göyü dələn dağ, Köksündə azadlıq çağlayan bulaq. Qırılan hər ömrün sonu Qarabağ, Gələcək o xoşbəxt sona borcludur. Zəfər payızımın donu qızıldı, Mənim şəhidimin qanı qızıldı. 44 günün hər bir anı qızıldı, Millətim o günə, ana borcludur. Şuşada asılan bayrağa görə, Əsirliyi bitən yarpağa görə, Şəhidim, hər qarış torpağa görə Bu günüm, sabahım sənə borcludur. |
Yüreğine emeğine sağlık
___________________________________Selamlar