1
Yorum
9
Beğeni
4,8
Puan
570
Okunma
Örf,adət gelenek ve göreneklerimiz
Rahim Çetinkaya
NECƏ YEKƏLDİK
Aralıq deyilən bizim bu kənddə
Çillik çubuq ata ata yekəldik
Kimimiz çəltikdə kimimiz bənd də
Bostanlarda yata yata yekəldik
Top oynardıq axşam çagı əzəndə
Dağılardıq yorulanda bezəndə
Yağış qabağında yolda gəzəndə
Çar-çamura bata bata yekəldik
Naxırçı gəlmədən qabaq gedərdik
Bir bökəndə artığınnan verərdik
Sora balaq bizov əmizdirərdik
Axura ot ata ata yekəldik
Qarpızı qoyardıq xurcun tayina
Birini verərdik Qonşu payına
Axşam da gedərdik bəyin toyuna
İydir barı tuta tuta yekəldik
Qızdar bacı idi oğlannar qardaş
Biz birbirimize olardıq sırdaş
Biz aşşıq oynardıq onnarda beşdaş
Beş daş atıb tuta tuta yekəldik
Şalvarımız cırıq geymə yamaqlı
Coraplar dəlikdi dallı qabaqlı
Atamız, Anamız qaşlı qabaqlı
Dərdi dərdə qata qata yekəldik
Bəzı Anamız la gedərdik kâğa
Atamız yollardı mal qaytarmağa
Yırtıq başmaqlardan çırpaq əyağa
Dəmir tikan bata bata yekəldik
Rahim’i yazdıqca xatirələri
Bax belə aşmışıq badirələri
Yallı diyə tuttuğumuz əlləri
Boynumuza ata ata yekəldik
(Qol boyun olmaq)
rahim’i
5.0
80% (4)
4.0
20% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.