1
Yorum
5
Beğeni
5,0
Puan
684
Okunma
BİR MAYIS
ƏMƏK VƏ ƏMƏKÇİ BAYRAMI
İşci, Əmələ, irqat
dərtləri var boyda, boyda..
Bugün onların bayramı.
Nə üznən oynasın toyda.
Üzü, gözü qaralıbdı.
Geçimləri daralıbdı
səndikası saralıbdı
səndikanın gözü şovda..
Nə üznən oynasın toyda.
Toz eyliyər kömürləri
bükər qalın dəmirləri
yarım olar ömürləri
ölüm gəlir boyda boyda...
Nə üznən oynasın Toyda..
Alın təri əl əməyi
axşama çıxmır yeməyi
yaradan olsun köməyi
gözü qalıb pendir şorda.
Nə üznən oynasın toyda.
Fabrika, patron babası
birdə səndika ağası.
Birləşmir iki yaxası.
Ağanın kefi loy loyda
nə üznən oynasın toyda.
Dərtlərini tağ eyliyir
Sinəsində dağ eyliyir
Rahim’iyə lağ eyliyir
Ağası olubsa moyda
Nə üznən oynasın toyda
rahim’i
5.0
100% (4)