İNSAN OLMAQ İSTƏYİRƏM
İNSAN OLMAQ İSTƏYİRƏM
Hər zülmətə boyun əyən Bəndə olmaq istəmirəm. Min illərdir əsarətdə, Daha qalmaq istəmirəm. Şeytan çıxdı bəndəlikdən, Döndü azad mələk oldu. Adəm girdi bəndəliyə, Ancaq işi kələk oldu. Mən də çıxib bəndəlikdən, Insan olmaq istəyirəm. Insanlığın ətəyində, Haqqı bulmaq istəyirəm. Bəndələşib fağırlaşmaq, Fayda verməz insanlığa. Taleyini dəyişməsə, Son qoyammaz yamanlığa. Insane gərək asi olsun, Zülm edilmiş taleyinə. Çarəsini üzü tapsın, Uymasın şeytan dilinə. Bir kimsəyə mədət yoxdur, Taleyi öz əlindədir. Bir də ona bəndələrin, Fitnəsində, felindədir. Öz mənamdan yaranmışam, Bu dünyanın yarlığıyam. Təvəkkürlə idrak edən, Ictimai varlığıyam. Azad fikir deyə bilən, Istismara qarşı duran. Hüquqları tapdanmayan, Ictimai varlıq olan. Insan olmaq istəyirəm! Insan olmaq istəyirəm! 12.02.2020 |
Yüreğine emeğine sağlık
Selamlar