PROLETARLIK AKİBETİM
PROLETARLIQ AQİBƏTİM
Bu dünyada mən bir fərdəm, Proletarlıq aqibətim. Əməyimə güvənirəm, Var hünərim, cəsarətim. Barıt, benzin qoxulayan Məzlumların nəfəsiyəm. Sərhədləri aşıb gedən Milyonların haqq səsiyəm. Silah tutan, yazı yazan Barmaqlarım, əllərim var Kürsülərdən hayqıraraq, Həqq söyləyən dillərim var. Nə var, dövlət istəmirəm Yaşamağım mənə bəsdir. Bu dünyada mübarizəm Yaşam tərzi, bir həvəsdir. İstədiyim haqqlarımdır Haqqlarımla bir insanam. Zalımlara baş əyməyən Üsyankarla mən həmkaram. İnqilabdan doğulmuşam Mübarizəm canımdadır. Ədalətlə bərabərlik Ta əzəldən qanımdadır. Zaman-zaman damarımda Qara qanı coşdururlar. Zülmün həddi olmayanda Səbirimi daşdırırlar. İnqilablar eyləyirəm Qara qanı axıdıram. Hər dövranın tarixini Gələcəyə oxuduram. Elə məkan varmı?- deyin Orda məni əzməsinlər. Haqqımızı tapdalayıb Canımızı üzməsinlər. Mən olmasam burjuyların Nə dövləti, varı olmaz. Mən olmasam çöllərində Bərəkəti, barı olmaz. Nə qədər ki, xalqın malı Burjuyların mülkiyyəti. O.qədər də tükənməzdir Həm tamahı, həm niyyəti. Bircə çarə qalır ancaq Öz malıma yiyə durum. Sülhlə geri alammasam İnqilabla möhür vurum. Əyər mənim inqilabım Baş tutmasa, onu bilin Gələcəkdə baş tutacaq Qan tökmədən haqqa gəlin. Kim deyir ki, inqilablar Dövrü gəlib, keçib gedib. İnqilablar eyləyənlər Bu dünyadan köçüb gedib. Gələcəkdə çoxlu- çoxlu İnqilablar olacaqdır. İnsan oğlu gün gələcək Haqqlarını alacaqdır. Nə qədər ki, burjuyların Hökmü məzlum üstündədir. O qədər də məzlumların Fikri burjuy qəsdindədir. İnsan oğlu bu dünyaya İstusmara gəlməmişdir. Məzlum kütlə yaşamağı Belə ağır bilməmişdir. Ona görə çılın-çılpaq Ac-yalavac, ordu batıq. Yedikləri pendir-çörək Duzlu şorla şırat-qatıq. Nə olsun ki, ayaq üstə Dayanmışlar, ölməmişlər. Bircə dəfə insan kimi Sevinməmiş, gülməmişlər. Hər.əzaba, istiraba Dözməyin də bir sonu var. Sakitləşən dalğaların Təlatümlü bir anı var. |
Güzel Eserinizi,canı gönülden kutlarım,
İlhamınız bol Kaleminiz Kavi olsun.İnşallah.
......................................... Selam ve Duâ ile.