Gülüm ağlamaAllah sənə gözəl sima bəxş edib Yanaqlara qəmzələri nəkş edib Baxışların dünyaları əks edib Sevinməli gündü gülüm ağlama ! Dərd eləmə dünya,gələn gedəndi Gül yanında tikan,aləf bitəndi Ömür boyu şair səni sevəndi Söylə görüm,dərdin bilim ağlama ! Yaradanın əksi qalıb üzündə Gözüm Göygöldədir,Muğan düzündə Saf bulaqdı gülüşündə,sözündə Göz yaşını güllə silim ağlama Gül üzünə gülüş gözəl yaraşır Sən güləndə gül çiçəklər yarışır Hilə dönür boynum,gözüm qamaşır Göy Xəzərim,Kəpəz,ləlim ağlama ! Sadiqlinin eşqi,yurdun maralı Göy,qırmızı,yamyaşıl,ayparalı Ruhum səndən qala bilmir aralı Laləzarım,şirin dilim ağlama ! |
Teşekkürler.İnşeallah