0
Yorum
5
Beğeni
5,0
Puan
792
Okunma
NOVRUZUM
Çiçəklənən elimə xoş gəlmisən
Yeni günüm, yeni ilim Novruzum!
Gülür üzlər günəş çıxıb səhərdən
Səni sevir mənim elim Novruzum!
Nə gözəldi yurdumuzun adəti
Başqa olur şal atmanın ləzzəti
Unudulmaz o günlərin qiyməti
El gözəlim ,şirin dilim Novruzum!
Qar əriyib, yamaclar yaşıllaşıb
Bənövşələr, yasəmənlər boy atıb
Sarı çiçək çəmənlərə rəng qatıb
Al nərgizim- gözəl gülüm Novruzum!
21.03.2019
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.