Səni istərəm
Sən gözəl arzu,ən gözəl duyğu
Nağıllar dünyası bir şirin yuxu Laləli aləmsən,ətirli qoxu Ömürümün baharı səni istərəm Aylı gecələrin çıxaq sehrinə Nəfəs ver ruhuma,baxım gözünə Mən heyran olmuşam nurlu üzünə Ömürümün baharı səni istərəm Sən güləndə həyat gülür üzümə Bir nəzər eylə könül közümə Mənə baxaraq yenə gülümsə Ömürümün baharı səni istərəm Rüstəmdən incimə,könlüm səndədi Bax ki,səni sevən hansı gündədi Sən gedəndən bəri qəm üstündədi Ömrümün baharı səni istərəm Rüstəm Sadiqli |