GulusunleŞiirin hikayesini görmek için tıklayın Bir kizin gulusune yazilan şiir...
Qışı bahar edib yaz eyləyirsən.
Açılan səhəri saz eyləyirsən. Bəzən üz döndərib naz eyləyirsən. Ruhuma qoyursan buz gülüşünlə. Gülüşün bəxş edir dünyanı mənə. Bənzəyir gülüşün əlvan çəmənə. Dinərək gülümsə sevgilim yenə. Nə gözəl səslənir söz gülüşünlə. Güləndə gözlərim səmanı görür. Sanki həmin anda dünyanı görür. Ömürdən ən gözəl zamanı görür. İşığa qərq olur göz gülüşünlə. Ömrün baharını ömrün yazını. Gah asiq sözünü,quş avazını. Çalırsən könüldə sevgi cazını. Nələr yaradırsan öz gülüşünlə. Rustam Sadiqli |