1
Yorum
5
Beğeni
5,0
Puan
777
Okunma
Nə olsun şaxta dərdi
Ya bir ayaz dərdi var,
Sanma günəşi boldur,
Yazın da yaz dərdi var.
Dağ başım çən,çəkəməm,
Eyləmə zənn,çəkəməm,
Kim çəkər mən çəkəməm,
Bu yazın naz dərdi var.
Gün gödəlib saçlarım,
Qar mı sərib saçlarım,
Bu şoğərib saçların
Lələ,bəyaz dərdi var.
5.0
100% (4)