yuxumda itən adam
Yuxumda itən adam,ömrümdə nə işin var?
Nə yollarda izin var,nə deməyə sözün var! Nə üzündə peşmanlıq,nə gözündə yaşın var. Nə dönməyə qapın var,nə açacaq üzün var. Daha yağan yağışlar torpaq ətri gətirmir, Daha günəbaxan da gecələr aya baxır, Fikir də insaflıdı elə yeyir ,bitirmir, Dünyadan doyan gözlər başqa dünyaya baxır. Yuxumda itən adam,ömrümdə nə işin var? Günah yumağa yetməz ikimizə bu yağış. Yuxum sənsizliyinlə ikinizə dardı,dar... Ömrümdə olmamısan,yuxumdan daha yığış. |
Şiir sev, şiir yaz, şiir oku...
Şiir en etkili eylem…
...................................... Saygı ve selamla..