3
Yorum
8
Beğeni
5,0
Puan
559
Okunma
Sevincdən adam qocalmır
İnsanları dərd qocaldır,
Çoxlarını Vətən dərdi
Əsir olan yurd qocaldır.
həyat fitnəli bazarmış,
İnsan yolunu azarmış,
Arxalı it yan gəzərmiş
Qoyunları qurd qocaldır.
Sən nə deyirsən bu işə?
Quzğun qonar düşən leşə,
Niyyət təmizdir həmişə
Niyyətləri ard qocaldır.
Peşman olma xeyir,şərə,
Öz cəzasın çəkər hərə,
Xoruzu cəlb etmir fərə
Onu yad həyət qocaldır.
Anlamaq özü yükdü,yük
Qələtlər var başdan böyük,
Dilarə,sən öz dərdini çək.
Səni də həyat qocaldır.
5.0
100% (6)