deməz
İşi düşsə sənə kimsə göz üstə qaşın var deməz.
Görən geyiminə baxar,süfrəndə aşın var deməz..... Hörmətin cibində gəzər,boşdursa hörmət nə gəzər?! Doluysa süfrəni bəzər,ağzında dişin var deməz.... Gözələ yar deyən çoxdu,çirkinə yar deyən baxtdı.... Dərdə çarə olan vaxtdı ,gözündə yaşın var deməz...... Kimində ağıl ,kimdə pul,kimi axmağa dahi qul, Başsız hüzurunda qəbul olarsan başın var deməz..... Dilara yazmaz boşuna,getməz kimsənin xoşuna, Əcəl gələr özbaşına əlində işin var deməz... Dilarə Süleyman |
Okunan dizeler doyurucu güzel bir şiir oluşturmuş…
Gönlüne sağlık…
....................................... Selam ve saygılar..