6
Yorum
7
Beğeni
5,0
Puan
805
Okunma
Özgə malı can dərmanı deyildir,
Bir gün gələr gözlərindən, bilərsən ,
Necə hörmət qazanmısan həyatda,
Baxanların üzlərindən bilərsən.
Son peşmanlıq fayda verməz insana,
Tövbə eylə ,gəl vaxtında imana,
Aldanmisan gəlib keçən zamana,
Döyə -döyə dizlərinden bilərsən.
Zaman keçir,ürək dolu, əlin boş.
Baxacaqsan hanı onca dost,yoldaş,
Gözlərin tor görər,yerişin yavaş,
Gələn kimdir ,səslərindən bilərsən!
Vicdanına vermədin ki qulağı,
Haqq kəlməsi danışmayan dodağı,
Çiyinlərdə aparılan qundağı,
Qoymadığın izlərindən bilərsən.
Duyan olmaz bu çəkdiyin ahını,
Qurban vermədiyin qurd tamahinı,
Özgələrə yüklərsən günahını,
Ogulundan qızlarından bilərsən.
Kimsə almaz günahını boynuna,
Ta ki girər qara torpaq qoynuna.
Yanlişlarin gəlməyirsə eyninə
Dilarənin sözlərindən bilərsən.
5.0
100% (5)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.