Tutub
Tutub
Dərdə məlhəm olanmırq canımızı azar tutub, Gözdən düşən ölüb gedib,qəlbimizi məzar tutub. Mənlik satan,söz alanlar alverində kasıbladıq Bazar şeytan yuvasıdır ,bu dünyanı bazar tutub! Süfrəmizin bərəkətin faiz alıb haram tutub, Gözə gəlib ,tox gözləri ac gözlərdə nəzər tutub. Mövzu deyil Vətən,iman,qayğı ,mərhəmətlə huzur Söhbətimiz qeybət olub,xəlqi giley -güzar tutub. Hazır ağıllı sözləri paylaşırıq ,düşünmürük Haqqı deyənin önünü haqsız hörən hasar tutub. Gözün qalıbsa dünyada həsrəti çək əvəzimə Bu dünyanın xeyrini gör,ondan Dilarə zər tutub. Dilara Süleyman |