NOLAYDI SEVEYDİN BENİ
NOLAYDI SEVƏYDİN MƏNİ
*** O əski günlərim,o köhnə vaxtım Olaydı,nolaydı sevəydin məni. Taxtım oluncana bir quru baxtım Olaydı,nolaydı sevəydin məni. * Bəlkə,danışıram mən bir az böyük... Mən bir az balaça,sən bir az böyük, Boyun da boyuma tən-bir az böyük Olaydı,nolaydı sevəydin məni. * Gecəni gündüzdən ləng eləməyə, Başını qatmağa,təng eləməyə, Mənim də telefonum zəng eləməyə Olaydı,nolaydı sevəydin məni. * Bu sevgi uğrunda ölmək olmayır, Aşılam ipindən ilmək olmayır, Eynəklə göz-gözə gəlmək olmayır, Olaydı,nolaydı sevəydin məni. * Çiçək açdımsa da ətrim olmadı, Ətirlər içində xətrim olmadı, Yağdı çıxdın getdin,çətrim olmadı, Olaydı,nolaydı sevəydin məni. * Yalandan qapını açaydı biri, Söz verib dalından qaçaydı biri, İki qismətindən qocaydı biri... Olaydı nolaydı sevəydin məni. * Hey,qalıb əllərdə qarıyan çiçək, Solmağa bir payız arayan çiçək, Olmadım mən sənə yarayan çiçək, Olaydım,nolaydı sevəydin məni. *** balaca-küçük eynək-gözlük ətir-koku çətir-şemsiyye payız-güz """ |
Kalemin susmasın
________________________Selamlar