Qəzəl
Həzəc bəhri
Məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün Zahid dağıdan məscidi abad eləməkçün, Söz xəncəri çək zahidə bərbad eləməkçün. Allah qələmin qüdrətini şairə vermiş, Dustaq kimi cahilləri azad eləməkçün. Bir Mehdi üçün yatma, oyan haqqın üçün qalx, Xəlq olmamısan aləmə fəryad eləməkçün. Zahid oyadarmı səni qəflət yuxusundan, Aləm ona xoş, könlünü dilşad eləməkçün. Zahid sayı çox olsada əngəl ola bilməz, Qur’an kitabın hər yerə bünyad* eləməkçün. Yazdım sözü öz haqqını insan tapa bilsin, Söz yazmaram insanlığı naşad eləməkçün. Allah sənə ölməzliyi vermiş ey Anar can! Həq söz yaşayar həm yaşadar yad eləməkçün. Müəllif: Anar Əhəd * Bünyad – Əsas |
Haz alarak okuduğum şiirde iyi bir kurgu ve anlatım mevcut…
KURBAN BAYRAMINIZ KUTLU OLSUN…(Bayramın 4. günü 24.08.2018)
............................................ Saygı ve selamlar..