Son bahar
Ağacların saçlarını tökməsidir son bahar
Ağacların Təklənmiş, atılmış, Kimsəsiz görünməsidir son bahar... Tükənər Torpağın sevgisi, bəsləyişi, Yavaş-yavaş quruyar uc budaqları Qan çatmaz ən nazik damarlarına - Üşüyər əl barmaqları, üşüyər ayaq barmaqları... Günəşin qarşısında ölüm-dirim mübarizəsidir tənhalıq Üzüntüsünü gizlədib saxlayar ağaclar yaşıllığının yalanında, Saxlayar Saxlayar, Bir də istəyər ki, ölməsin... Sonra Son bahar yağışlarının altında Ağlayar ağaclar Ağlayar ağaclar... Ki Kimsə görməsin... |
Kalben ve ruhen İlkbaharları yaşayın.Vatan sevginiz bitmesin.
Saygıyla...