4
Yorum
9
Beğeni
5,0
Puan
1011
Okunma
...Bir dəstə çobanyastığı aldı adam
Küçə çiçəkçisindən...
Qoxladı,
Heyrətləndi
-Bunlardan uzaq çöllərin ətri gəlir…
Gülümsədi çiçəkçi:
-Onları bağçamdan topladım...
-Baxçanda günəş doğurmu?
-Əlbəttə...
-Gecə yağış da yağıbmış…
-Hə...
Adam barmaqlarının ucunu
Ləçəklərdə qalan su damcılarına toxundurdu
-Gözəldir...
...Üzünü dənizə tutdu adam
Qağayılar sakit,
Səma tər-təmizdi.
Titrək əlləriylə
Çobanyastığı çiçəklərini bir-bir ayırdı dəstəsindən,
Sulara atdı
-Qadınım…
Söylədi astaca
-…Sənə çöl gətirdim...
5.0
100% (6)