4
Yorum
5
Beğeni
5,0
Puan
842
Okunma
Ağacların saçlarını tökməsidir son bahar
Ağacların
Təklənmiş, atılmış,
Kimsəsiz görünməsidir son bahar...
Tükənər
Torpağın sevgisi, bəsləyişi,
Yavaş-yavaş quruyar uc budaqları
Qan çatmaz ən nazik damarlarına -
Üşüyər əl barmaqları, üşüyər ayaq barmaqları...
Günəşin qarşısında
ölüm-dirim mübarizəsidir tənhalıq
Üzüntüsünü gizlədib saxlayar ağaclar
yaşıllığının yalanında,
Saxlayar
Saxlayar,
Bir də istəyər ki, ölməsin...
Sonra
Son bahar yağışlarının altında
Ağlayar ağaclar
Ağlayar ağaclar...
Ki
Kimsə görməsin...
5.0
100% (4)