1
Yorum
2
Beğeni
5,0
Puan
703
Okunma
Ağacların saçlarını tökməsidir payız
Ağacların
Təklənmiş, atılmış,
Kimsəsiz görünməsidir payız...
Tükənər
Torpağın sevgisi, bəsləyişi,
Yavaş-yavaş quruyar uc budaqları
Qan çatmaz ən nazik damarlarına-
Üşüyər əl barmaqları, üşüyər ayaq barmaqları...
Günəşin qarşısında ölüb-dirim mübarizəsidir tənhalıq
Üzüntüsünü gizlədib saxlayar ağaclar yaşılllığının yalanında,
Saxlayar
Saxlayar,
Bir də istəyər ki, ölməsin..
Payız yağışlarının altında
Ağlayar ağaclar
Ağlayar ağaclar..
Ki
Kimsə görməsin...
5.0
100% (1)