Alma çiçəklərinin fəsliydi...
...Alma çiçəklərinin fəsliydi,
Axşamdı, Leysandan sonra göy üzü mas-maviydi- Mənə öləcəyimi dedilər.... Çiyinlərimi çəkdim... Amma Bir də xain gözlərim doldu, İki damla yaş Dodaqlarıma doğru süzüldü Üzümü pəncərəyə tutdum... Dənizin sakit sularında ağ yelkənli qayıq üzürdü... -Amma, bilirsiniz, indi... -Bəsdir, Nə ehtiyac var-əlimi yellədim- mən onsuz da bilirdim... …Günəş Yan binanın son mərtəbəsini qucaqlamışdı şəfəqləriylə. Sonra göyərçinlər uçub gəldi hardansa, Dünyanın ən sehrli səsiylə qarşımda Ağ qanadlar... -Mən gedirəm... -Suyunuzu için... -Hər şey qaydasındadır... …Qırmaq lazımdır bütün əlaqələri, Dünyanın bütün həkimləriylə... ...Uzaqlarda, Pəncərəsindəki yağış damcılarının İzini silmək istəməyən bir adam var... Öz qorxularına şeir pıçıldayır, Deyir ki, bitməyib... |