Sana çöl getirdim...Şiirin hikayesini görmek için tıklayın Hasret hikayesi...
...Bir dəstə çobanyastığı aldı adam
Küçə çiçəkçisindən... Qoxladı, Heyrətləndi -Bunlardan uzaq çöllərin ətri gəlir… Gülümsədi çiçəkçi: -Onları bağçamdan topladım... -Baxçanda günəş doğurmu? -Əlbəttə... -Gecə yağış da yağıbmış… -Hə... Adam barmaqlarının ucunu Ləçəklərdə qalan su damcılarına toxundurdu -Gözəldir... ...Üzünü dənizə tutdu adam Qağayılar sakit, Səma tər-təmizdi. Titrək əlləriylə Çobanyastığı çiçəklərini bir-bir ayırdı dəstəsindən, Sulara atdı -Qadınım… Söylədi astaca -…Sənə çöl gətirdim... |
içinde kendi öyküsünü barındıran çok güzel şiir bu tür şiirler çoğalsın