Türkün Daş Yaddaşı
TÜRKÜN DAŞ YADDAŞI
İlk insan dünyaya gəldiyi yerdə, Mən də var olaraq qol-budaq atdım. Kökümlə sancıldım bu ulu yurda, Şumer adında bir dövlət yaratdım. Dünyanı mat qoydum Mıxı yazımla, Tarixdə izini qoyub da getdi. Dastanlar bağladım telli sazımla, Böyük bir epoxa, bir dövran bitdi. Sonra da atımı çapıb dört nala, Atlandım gün çıxan tərəfə doğru. Baykalda Orxonda ucaltdım qala, Qarı düşmənlərin yarıldı bağrı. Mən Turan adında dövlətdə qurdum, Sorağım yayıldı bütün dünyaya. Nə dinclik bilmədim, nə də yoruldum Üzümü çevirdim ulu Tanrıya. Göylərdə aztardım tək yaradanı Yerlərdə mən ona şərik görmədim. O gündən də Türkün çağladı qanı Düşmənə arxamı heç çevirmədim. İmperyalar qurdum adım sanımla Tarixin zamanı mənə işlədi. Üz-üzə dayandım olum qalımla Yeni bir epoxa dövran başladı. Atımı səyirtdim Qıpçak çölüylə Böyük köç eylədi ulusum elim. Səmt aldım Bozqurdun köməyi ilə Tarixdə yaşadı öz ana dilim. Saxlaya bilmədi Slavyan da Qot da Qarşmda diz çökdü Roma papası. Gedib Avropaya yerləşdim hətta Atillam adlandı xalqlar atası. İstədim dünyanı əlimə alım Yolum uzandıqca çox uzun getdim. İstədim hər dövrə mən hakim olum Neçə millətlərin kamına çatdım. Mən Səlcuq adında kayı boyundan Fərqanə çölündən səfərə çıxdım. Şanlı bir Türk idim Oğuz soyundan Keçdim Ortadoğunu sel kimi axdım. Dirəndim batının astanasına Qarşımda əyildi neçə məmləkət. Fateh də adlandım qan bahasına Məni nə gözlədi bilmədim fəqət. Tanrım əsir oldu böyük Allaha Özüm sə özümdən imtina etdim. Özümə qayıda bilmədim daha Ərəbi , Farsın yoluyla getdim. Əsərlər yaratdım Farsca, Ərəbcə Düşündüm mənası nə qədər dərin. Bilmədim boynuma keçib kələbçə Boşuna ötüşdü ötən illərim. Qəzəllər yaratdım muğam oxudum Anlaya bilmədi ulusum, elim. İlməsi dolaşan pərdə toxudum Çobanın dilində yaşadı dilim. Ərəb zehniyyəti girdi başıma Tanrım əsirlikdən xilas olmadı. Keçmişi həkk etdim daş yaddaşıma Oğuzun mirası məvə qalmadı. Gözümə çəkildi qara pərdələr Artıq uzaqları görə bilmədim. Anlamadım dərd üstünə dərd gələr Mən elmə töhvələr verə bilmədim. Həyatın dolanbac yolları çoxdur İlişdim dünyanın yan otağında. O kəsə heç zaman ümidlər yoxdur Qəflətə varacaq can otağında. |
Selamlar.