BOYUN BOYUNDURUK GÖTÜRMEYENDE
BOYUN BOYUNDURUQ GÖTÜRMƏYƏNDƏ
Müstəqil yaşamaq gözəldir, ancaq!, Boyun boyunduruq götürməyəndə. Dərd –bəla batmanla gəlsə ağrıtmaz, Dürtüb içimizə ötürməyəndə. Özümüz edəndə zülm ağır olur, Yolumuz daralır bir cığır olur, Millət yazıqlaşır lap fağır olur, Taleyi əzəldən gətirməyəndə. Bizi, bizdən olan bəlaya salır, Səbrimiz boşalır, gah da ki, dolur, Ümid çırağımız özgəyə qalır, Məmurlar yerində oturmayanda. Haqq, ədalət oturmazsa yerində, Məzlumlar olacaq qarın dərdində, Üsyan qaldıracaq günün birində, Xalqın qəzəbini yatırmayanda. Itirdikcə halal-hümbət malını, Millət özü yaxşı bilir yönünü, Coculu dərk edir işin sonunu, Zalımın zülmünü bitirməyəndə. |
Kalemin daim olsun
______________________Selamlar