NƏ GƏRƏKDİR..
Həyatın özünü dərk etməyənə,
Şeir nə lazımdır,söz nə gərəkdir? Düz yol tutub yolu düz getməyənə, Cığır nə lazımdır,iz nəgərkdir? * Çalış könlünü al qəlbi sınanın, Xoşbəxtsən,vardırsa canı yananın, Qədri bilinmirsə ata-ananın, Oğul nə lazımdır,qız nə gərəkdir? * Ağacdan ibrət al,barın çoxdursa, Tikəni yarı böl qarnın toxdursa, Əgər bir ürəkdə sevgi yoxdursa , Baxış nə lazımdır, göz nə gərəkdir? * Məzlumun qeydinə qalmayanlara, Torpaqdan güc,güvvət almayanlara, Canında yurd eşqi olmayanlara, Bahar nə lazımdır,yaz nə gərəkdir? * Seyr elə vətəni gəz sola,sağa, İstər arana get,istərsən dağa, Əgər söz qoşmasan sən Qarabağa, Mizrab nə lazımdır,saz nə gərəkdir? Sema Dağlı. |