KÖNLÜMÜN SƏSİ..******************** Üzünü görən zaman sanki dünya mənimdir, Eşqin eşqimə məlhəm,canın mənim canımdır, Qəlbin cənnət məkanım,adınsa ünvanımdır, Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi, Səninlə gülür üzüm,sən könlümün şən səsi. * Hər gələndən,gedəndın ürəyim səni sorur, İnan ki yerde,göydə gözüm tək seni görür, Haraya baxıramsa resmin qarşımda durur, Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi, Səninlə gülür üzüm,sən könlümün şən səsi. * Sanki hərdən toxunur nəfəsin nəfəsimə, Bəzən uldızdan,aydan ses verirsən səsimə, Gülüşün mail olur yaşamaq həvəsimə, Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi, Səninlə gülür üzüm,sən könlümün şən səsi. * Ömrümə doğan günəş,baharımsan,yazımsan, Rəbbimin hədiyyəsi,mənim alın yazımsan, Sən ruhumun harayı,mənim kölül sazımsan, Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi, Səninlə gülür üzüm,sən könlümün şən səsi. Sema Dağlı. |
Rəbbimin hədiyyəsi,mənim alın yazımsan,
Sən ruhumun harayı,mənim kölül sazımsan,
Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi,
Səninlə gülür üzüm,sən könlümün şən səsi.
Sema Dağlı.
Azeri türkçesi ile yazılmış bu güzel şiir'in kalemini yürekten kutluyorum.Saygılarımla.