Ölüb ə.....
Ö L Ü B Ə...
Pah atonan,nə ağır yatdı bu oğlan,ölüb ə.., Nə də tərpənməyir üstündəki yorğan,ölüb ə.., M.Ə.Sabir.Allah rəhmət eyləsin. Qanundan hey dəm vurur,qanun ilə yox arası, İş-gücü,həm inamı olubdur haram parası, Doğulan gündən olub,bu millətə üz qarası, Yaramır el-obaya, yox belə insan,ölüb ə.., Duruşu şübhəlidir,şübhəli oğlan ölüb ə.., Varlığı,yoxluğudur,yaltağa palan ölüb ə... Şər-böhtan xislətidir,ixtisası üzə durmaq, Millətin bəlasıdır,söz gəzdirib ara vurmaq, Qeyrətli vətandaşı,şərləyərək tələ qurmaq, İnsanlıq siması yox,simasız olan ölüb ə.., Duruşu şübhəlidir,şübhəli oğlan ölüb ə.., Varlığı yoxluğudur,yaltağa palan ölüb ə... Görsə ki,var vəzifən,ya da pulun,qul olacaq, Çaşdırıb səni asta,səndən nə isə alacaq, İnansan vay halına,səni zülümə salacaq, Varlığı şərəfsizdi,vicdanı talan ölüb ə.., Duruşu şübhəlidir,şübhəli oğlan ölüb ə.., Varlığı yoxluğudur,yaltağa palan ölüb ə... Vətənə,vətəndaşlıq qeyrətindən tam aralı, İnsana,insanlıqdan yox xəbəri,baş yaralı, Yeri,yurdu bilinmir,kim haralı,o,oralı, Vicdanı,şəxsiyyəti yox,özü yalan ölüb ə.., Duruşu şübhəlidir,şübhəli oğlan ölüb ə.., Varlığı yoxluğudur,yaltağa palan ölüb ə... Babası məşhur olub, “Şuraya” ajanslıq edib, Atası,babasının yolu ilə,gizli gedib, Özü öz soyuna da ,bənzəyib,oxşarlı bitib, Millətin lənətini daima alan ölüb ə.., Duruşu şübhəlidir,şübhəli oğlan ölüb ə.., Varlığı yoxluğudur,yaltağa palan ölüb ə... |
Kutlu dileklerimle Kutlarım.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…