Qalıb...
Rast gəldik səninlə qəflən görüşdük,
Ötən günlər ,düşdü yada,neyləyək? Başım dumanlandı,ayaq dayandı, Yenidən biz düşdük,oda,neyləyək? Şirin xatirələr,gizli görüşlər, Gəlib göz önündə durdu,dayandı... Gənclik illərinin o eşq havası, Yatmışdı elə bil,birdən oyandı... Bu kövrək xoş görüş çaşdırdı bizi, Özüm də bilmirəm nədən əsirdim. Sənin o yaşarmış nəmli gözündə, İtmiş eşqimizi sanki gəzirdim... Bu görüş göynədir nədən qəlbimi, Anlaya bilmirəm,bilə bilmirəm... Eşqi daşa dəymiş nakam sevgimi, Ürək göstərir ki,silə bilmirəm... Artıq sən nənəsən,mən qoca baba, İntizar bizləri çox uzaq salıb... Qismət belə imiş,bizim sevgidən, Yalnız qəlbimizdə,bir nisgil qalıb... |
Şiirin içindeki sevda anıları çok mükemmel.
Güzel Kutlu dileklerimle Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…