Gerek.
Gərək
Həyat sevənlərin olub əzəldən, Sevginə layiqin seçəsən gərək. Eşq ilə bu yolda səni sevənin, Qəlbinə əbədi köçəsən gərək. Aldanma həyatda pula,dövlətə, Mənasız söylənən yersiz söhbətə, İnanmaq istəsən saf məhəbbətə, Baxasan ondakı gücə sən gərək. Məhəbbət insanın qeyrəti, adı, Sevən insanların eşqli qanadı, İnsan dünyasının varlıq həyatı, Bax belə həyatdan keçəsən gərək. Məhəbbət dediyin bir dağ bulağı, Əzəldən olubdur,dağlar dayağı, Sevmirsən, bulağa vurma dodağı, Sevsən də doyunca içəsən gərək... |
Kalemin susmasın
__________________________Selamlar