KADINLAR GÜNÜ
QADINLAR GÜNÜ
Q adınlar həyatın gülü-çiçəyi, A rzuya, diləyə bağladır bizi. D ünyanı zülmətdən azad edəcək, I şıq tək bərq vurub, çağladır bizi. N azına dözəndə gül kimi açır, L alətək qızarır ətrini saçır, A llanır yanağı, canından keçir, R əhmi, imanıyla ağladır bizi. G özündə dünyanın kədəri itir, Ü zündə dünyanın sevdası bitir, N arahat dünyanın kamına çatır, Ü midsiz qalanda dağladır bizi. |