"Molla" isimli şiir 2.10.2017 19:52:10 Edebiyatdefteri.com Web Zamanında Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir. Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.
Təlqin* elə insanlara əfsanəni molla! Allah evi görsət bizə bütxanəni molla!
Bədbəxtləri Allah kitabından elə məhrum, Sox zehninə, həm qəlbinə fərzanəni* molla!
Məscidləri gəzdim ki, duyum ayeyi – Quran, Əfsanələrin məhv edib hər xanəni molla!
Haqdan qaçan insanları məsciddə görüncən, Cəlb eyliyərəm haqq ilə meyxanəni molla!
Məzlumlara yoxsulluğa səbr etməyi öyrət, Tikdir özünə şah kimi kaşanəni* molla!
Əfsus ki, Allahın evindən bir əsər yox, Gəl tə’rif edir qoyduğu viranəni molla.
Haqsızlıq üzündən Anarın sinəsi coşmuş, Zıqqıldama əş’arıma qəmxanəni molla!
Müəllif: Anar Əhəd
* Təlqin – Hər hansısa bir fikiri, əqidəni insana hissi qəbul etdirmək üçün psixikasına təsir etmək, beyninə yeritmək. * Fərzanə - Alim. * Kaşanə - Saray, imarət.
Sitemizde daha iyi hizmet verebilmek için sitemizde çerez kullanılmaktadır.