GECƏ BAYATILARI (manilər)
Bu gecə zalım gecə,
Yoxdu bil halım gecə. Dilim lal,gözümdə yaş, De necə qalım gecə. ************************** Bu gecə sənsiz gecə, Dumansız,çənsiz gecə. Mən burda tək,sənsizəm, Sən orda mənsiz gecə. **************************** Yolumu kəsdi gecə, Mənlə var qəsdi gecə. Dedim:”Bir rəhmin olsun, Bu sitəm bəsdi gecə.” ************************** Aldandın sözə gecə, Gəlmədin bizə gecə. Nə edim ki,ürəyim Həsrətə dözə gecə. ************************* Yar gözün süzdü gecə, Kənarda gəzdi gecə. Axşamdan sübhə kimi Dərd məni üzdü gecə. *************************** Saçından qara gecə, De,gedim hara gecə? Həsrətin ürəyimə Vurubdu yara gecə. ************************* Olubdu yarı gecə, Gözlədim yarı gecə. Könlüm,ara,yarı tap, Yarından yarı gecə. *********************** İlə dönüb an gecə, Qəlbim olub qan gecə. Mən yanıram,sən də gəl Alış,tutuş,yan gecə. ************************* Üzür məni qəm gecə, Kirpiyimdə nəm gecə. Təkcə səni istərəm Könlümə həmdəm gecə. ***************************** Yollarım daşlı gecə, Yar gözü yaşlı gecə. Gəlmədim, yar üzüldü, Mən başıdaşlı gecə. ************************ Sil gözdən yaşı gecə, Tök yerə daşı gecə. Vüsalının xətrinə Verərəm başı gecə. ************************ Gəl olaq qoşa gecə, Qalaq başbaşa gecə. Qiyma ki,göz yaşımdan Dəryalar daşa gecə. ************************** Eşq olub kəsir gecə, Mən ona əsir gecə. Ürəyimdə qəm yeli, Aramsız əsir gecə. ************************** Qırılıb sazım gecə, Qış olub yazım gecə. Yapış əlimdən,qoyma Yolumu azım gecə. *************************** Göydə gəzir Ay gecə, Buludlar lay-lay gecə. İnsaf eylə,yarından Əsirgəmə pay gecə. ************************ Bu gecə qərib gecə, Fikrimi gərib gecə. Dərd könlümün çiçəyin Zor ilə dərib gecə. ************************* |