ŞAHİDİMİZ TƏK DƏNİZ
Aylı gecə,sərin meh,
Tənha ada,bir də biz. Sübhə kimi yuyunsun Dalğalarda əksimiz, Şahidimiz tək dəniz... Gəl yumaq gözümüzü, Saxlayaq sözümüzü. Unudaq özümüzü, Qalmasın həsrətdən iz, Şahidimiz tək dəniz. Odun məni dağlasın, Əl-qolumu bağlasın. Ağlımı oğurlasın Səndəki o ağ bəniz, Şahidimiz tək dəniz. Sən eşqimdə bircə,tək, Göylərdən enmiş mələk. Sevgimiz də dəniztək Ayna kimi tərtəmiz, Şahidimiz tək dəniz. |
Beğendim.
Şiire can veren gönül dostunu kutlarım.
.............................. Saygı ve Selamlar...