(Suriyalı dənizdə boğulan körpəyə)
Sən mənə dərdini demə havayı,
Özüm sənin boyda dərd içindəyəm. Sularda qərq olan məzlum harayı, Mən onun boş qalan beşiyindəyəm. Beşik, od içində, daş içindədi, Ölüm gözdən qaçan qaş içindədi, Dünya göydən axan yaş içindədi, Mən onun boş qalan beşiyindəyəm. Sən onun ruhunu duydun mu, dəniz?! Onu ürəyinə qoydun mu, dəniz?! Yoxsa, bu dünyaya uydun mu, dəniz?! Mən körpə ruhunun keşiyindəyəm, Mən onun boş qalan beşiyindəyəm. |
Özüm sənin boyda dərd içindəyəm.
Sularda qərq olan məzlum harayı,
Mən onun boş qalan beşiyindəyəm.
gülhara hanım tebrik ederim güzel dizelerinizi
saygılar...